Azərbaycan ərazisinə heroin keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb
[
]
22-Мар-2008, 11:37:29
Azərbaycan gömrükçüləri Gürcüstandan ölkə ərazisinə heroin keçirmək istəyən Gürcüstan vətəndaşını saxlayıblar. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Balakənin Mazım kəndində yerləşən gömrük buraxılış məntəqəsində Azərbaycan ərazisinə keçmək istəyən gürcü vətəndaşı Vasili Sasitaşvilinin üzərinə baxış keçirilərkən ondan 2 qram heroin aşkar edilərək götürülüb. V. Sasitaşvili saxlanılıb, faktla bağlı araşdırma aparılır.